Həmədan əyalətinin Nəhavənd mahalının prokuroru Abbas Azadbəxt mediaya verdiyi açıqlamada əyalətdə silah qaçaqmalçılığı ilə məşğul olan dəstənin zərərsizləşdirildiyini iddia edib.
O, bildirib ki, İran təhlükəsizlik məmurlarının səyi nəticəsində dəstə üzvləri ifşa edilərək həbs olunub.
Azadbəxtin verdiyi məlumatda 15 klaşnikov avtomatı olmaqla çox sayda silah-sursatın ələ keçirildiyi, iki dəstə üzvünün isə saxlanıldığı qeyd olunub.
C.E