SON XƏBƏRLƏR

Həmədanda qədim və nadir memarlıq nümunələri dağılır-FOTOLAR

2022.01.10, 13:34
Həmədanda qədim və nadir memarlıq nümunələri dağılır-FOTOLAR

Gunaz.tv

Meydan bu xüsusiyyətinə görə 12 iyu  2000-ci ildə 2712 qeydiyyat nömrəsi ilə İranın milli əsərlər siyahısına salınıb.

Ötən əsrin əvvəllərində almaniyalı memar Karl Frişin hazırladığı layihə əsasında yenidən qurulan meydanda qədim və nadir memarlıq nümunələri olan tikililər baxımsızlıq ucbatından dağılmaq üzrədir.  

Bununla bağlı Həmədan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi, şəhər bələdiyyəsi və Şəhər Şurası hər hansı bir tədbir görmək əvəzinə məsuliyyəti bir-birlərinin üzərinə atırlar. 

Həmədanın Mədəni İrs, Türizm və Əl İşləri İdarəsi tarixi tikili və abidələrin dəyərləndirilməsinin onların işi olduğunu, ancaq tikililərin qorunması və saxlanılması ilə bağlı məsuliyyətin bələdiyyə üzərinə düşdüyünü iddia edir. 

Bununla bağlı açıqlama yayan Həmədan əyalətinin Mədəni İrs, Türizm və Əl İşləri İdarəsinin başçısı Əli Malmir bələdiyyə idarəsini günahlandırıb.

Son 3 ay ərzində adı çəkilən qurumları laqeydliyi və məsuliyyətsizliyi ucbatından şəhərin memarlıq nümunələrindən sayılan “Doktor Şiri”, “Xancani” evləri və “Zəfər” məktəbi uçurdulub.

Qeyd edək ki, Həmədanda 1830 tarixi abidə və mədəni irs nümunəsi mövcuddur. Bunlardan 1000-i mədəni əsərlər siyahısında qeydə alınıb.

Hal-hazırda Həmədan şəhərində 35 tarixi tikili və ev var.

Onlar bələdiyyə idarəsi və başqa dövlət qurumlarının laqeydliyi ucbatından dağıdılmaq təhlükəsi ilə qarşılaşıblar.

C.E

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar