SON XƏBƏRLƏR

Həmədanda su qıtlığı böhran həddinə çatdı- Ekbatan su bəndi quruyub

2022.09.08, 04:43
Həmədanda su qıtlığı böhran həddinə çatdı- Ekbatan su bəndi quruyub

Gunaz.tv

Sosial şəbəkələrdə 36 milyon kubmetr su tutumu olan bəndin Həmədan şəhərinin suya olan ehtiyacının 60 faizini təmin etdiyi qeyd olunub.

Bəndin arxasında suyun qalmaması səbəbindən su çatışmazlığı böhranının daha da şiddətlənəcəyi bildirilir.

Qeyd edək ki, əhali son iki həftədə Həmədan əyalətində su qıtlığına və içməli suyun kəsilməsinə dəfələrlə etiraz edib, aksiyalar keçirib.

Avqustun 23-də küçələrə axışan həmədanlılar hökumət əyeyhinə şüarlar səsləndirib.

Aksiyalarda polis və xüsusi təyinatlı qüvvələrlə qarşıdurma yaranıb.

Bir sıra ekoloq və mütəxəssislər İran hökumətinin yanlış idarəetməsi nəticəsində bu ölkədə su böhranının başladığını, yeraltı su qaynaqlarının 55 faizinin tükəndiyini bildirirlər.

Onların fikrincə qarşıda gözlənilən su müharibələrində İran məcburi olaraq ön sıralarda olacaq.

Qeyd edək ki, bundan öncə Xuzistan başda olmaqla İranın bir sıra bölgələrində su qıtlığı əleyhinə başlanan etiraz aksiyalarında onlarla vətəndaş öldürülüb, çox sayda insan qondarma ittihamlarla həbsə atılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar