Həmədanda Qacarlar dönəminə aid qiymətli memarlıq nümunələri dağıdılır

29.10.2021, 11:01

Güney Azərbaycanın Həmədan şəhərində Qacarlar dönəminə aid qiymətli memarlıq nümunələri məhv edilir.

Gunaz.tv Quote | Gunaz article

Son bir neçə həftə içində Həmədan şəhərində bir neçə tarixi evin dağıdılması barədə yayılan məlumatlar mədəniyyət xadimlərinin, yerli əhalinin və güneyli fəalların etirazı ilə qarşılanıb.

İki gün öncə şəhərin Ağacani beyg məhəlləsində tarixi “Xancani” evinin dağıdılmasından sonra Həmədanın “Çürçürə” məhəlləsində yerləşən tarixi “Xoşbəxt” evinin uçurulması Qacarlar dönəminə aid olan memarlıq nümunələrinin məhv edilməsinə cəhd kimi dəyərləndirilir.

Adıçəkilən tarixi tikilinin dağıdılması İranın milli əsərlər siyahısına salınmaq üçün sənədlərinin hazırlanaraq mərkəzə göndərildiyi bir vaxtda baş verib. 

Həmədandan olan mədəni irs fəalı Hüseyn Zəndi mətbuata verdiyi müsahibədə hadisənin Mədəni İrs Nazirliyi ilə Həmədan əyalətinin Mədəni İrs Baş İdarəsi arasında əlaqəli fəaliyyətin olmamasından irəli gəldiyini deyib.

“Mədəni İrs Nazirliyi ilə Həmədan əyalətinin Mədəni İrs Baş İdarəsi arasında koordinasiyalı əməkdaşlığın olmaması ucbatından tarixi və mədəni əsərlər məhv edilir”-deyə, Zəndi bildirib.

Bu son bir ay yarımda Həmədanda dağıdılan dördüncü tarixi tikilidir. Bundan öncə daha üç tikili, "Zəfər" məktəbi, “Doktor Şiri evi” və “Xancani evi” uçurulub.

Məsələ ilə bağlı Həmədan şəhərinin bələdiyyə idarəsi, şəhər şurası və Mədəni İrs baş İdarəsi arasında qarşıdurma yaranıb. 

Adıçəkilən qurumlar tarixi tikililərin dağıdılmasında bir-birlərini ittiham edir, məsuliyyəti öz üzərindən atmağa çalışır.

Həmədanın Mədəni İrs, Türizm və Əl İşləri Təşkilatı tarixi tikili və abidələrin dəyərləndirilməsinin onların işi olduğunu, ancaq tikililərin qorunması və saxlanılması ilə bağlı məsuliyyətin bələdiyyə üzərinə düşdüyünü iddia edir. 

Bununla bağlı açıqlama yayan Həmədan əyalətinin Mədəni İrs, Türizm və Əl İşləri Təşkilatınının başçısı Əli Malmir bələdiyyə idarəsini günahlandırıb.

Tarixi və mədəni dəyəri olan tikililər barədə əsasən Həmədan bələdiyyəsinə məlumat verilir. Bu isə bir çox hallarda Mədəni İrs Təşkilatının müdaxiləsinə icazə vermədən tarixi tikililərin uçurulması ilə nəticələnir”-deyə, Malmir Həmədan bələdiyyəsinin tarixi abidələrə qarşı məsuliyyətsiz davranışını qınayıb.

Qeyd edək ki, Həmədanda 1830 tarixi abidə. əsər və mədəni irs mövcuddur. Bunlardan 1000-i mədəni əsərlər siyahısında qeydə alınıb.

Hal-hazırda Həmədan şəhərində 35 tarixi tikili və ev var. Onlar bələdiyyə idarəsi və başqa dövlət qurumlarının laqeydliyi ucbatından dağıdılmaq təhlükəsi ilə qarşılaşıblar.

C.E

 

Mövzu ilə bağlı buradan daha çox oxuya bilərsiniz:

https://gunaz.tv/az/new/m-danda-daha-bir-tarixi-tikili-da-d-ld-1635327089

https://gunaz.tv/az/new/m-danda-tarixi-tikili-da-d-l-b-1632994646

https://gunaz.tv/az/new/m-danda-tarixi-tikili-u-urulub-1634028000

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30