SON XƏBƏRLƏR

Həmədanda yük maşınlarının sürücüləri işi dayandırıb

2022.04.04, 12:20
Həmədanda yük maşınlarının sürücüləri işi dayandırıb

Gunaz.tv

Narazı sürücülər bəyan edib ki, aldıqları əmək haqqı hazırki inflasiyaya uyğun deyil.

Aksiya iştirakçıları əmək haqlarının artırılmasını istəyirlər.

“Həmədan-Savə yolunda hər gün minlərlə yük maşını hərəkət edirdi. Bu gün ərzində yalnız iki yük maşını bu yoldan keçib”-deyə, həmədanlı sürücülərdən biri sosial mediada aksiya ilə bağlı yaydığı videoda deyir.

Qeyd edək ki, aksiya Sürücülərin Ümumölkə Koordinasiya Şurasının dəvəti ilə başlanıb.

Həmədanla yanaşı, Kirman, Loristan, tehran və başqa bir neçə əyalətdə də tətil aksiyası keçirilir.  

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar