SON XƏBƏRLƏR

Həmədanda yol qəzalarında ölənlərin sayı artıb

2021.11.10, 11:20
Həmədanda yol qəzalarında ölənlərin sayı artıb

Gunaz.tv

Bu barədə Həmədan əyalətinin Yol Polisi İdarəsinin rəisi polkovnik Rza Əzizi açıqlama verib.

O, yeni günəş ilinin ilk 7 ayı ərzində Həmədanda baş verən yol qəzaları nəticəsində 217 nəfərin öldüyünü, 1576 nəfərin yaralandığını söyləyib.

Əzizinin açıqladığı statistikaya görə, 7 ayda qeydə alınan yol qəzalarının sayı ötən ilin oxşar dövrünə nisbətdə 23 faiz, ölənlərin sayı isə 12 faiz çoxalıb.

Qeyd edək ki. İranın yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.

Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.

İranın nəqliyyat donanmasının çox köhnə olması, avtomobillərin təhlükəsizlik yastıqları, kilid əleyhinə əyləclər və düzgün təhlükəsizlik kəmərləri ilə təchiz olunmaması qəzaların baş verməsinə böyük rol oynayır. 

Bununla yanaşı ən əhəmiyyətli risk faktorlarından biri də daxili istehsal olan keyfiyyətsiz avtomobillərin qəzalar zamanı dayanıqlılığının olmamasıdır.

“İrankargər” saytının verdiyi məlumata görə, ölkənin infrastrukturunun, o cümlədən yolların dağıdılması, qeyri-standart olması insanların həyatlarının itirilməsində əsas amillərdən biri sayılır. 

Belə ki, Almaniyada bir il ərzində baş verən qəzalar nəticəsində qeydə alınan ölüm halları ilə İranda 20 günlük yaz bayramındakı ölüm halları bərabərdir.

C.E 
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar