Həmədanda yol və iş qəzaları nəticəsində ölənlərin sayı açıqlanıb

2020-06-29 16:09

Güney Azərbaycanın Həmədan əyalətində cari ilin (hicri-şəmsi təqvimi ilə martın 21-dən etibarən) ilk iki ayında yol və iş qəzalarında ölənlərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Həmədan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Artin Kamalinin verdiyi məlumata görə, cari ilin ilk iki ayında (mart 21-may 21) baş verən yol qəzaları nəticəsində 36 nəfər dünyasını dəyişib.

 

 

Kamali bildirib ki, bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 54 nəfərdən ibarət idi- 33 faiz azalma göstərir. Onun sözlərinə görə, yol qəzalarında ölənlərin 28-i kişi, 8-i isə qadın olub.

Onun verdiyi məlumata görə, ötən il əyalətdə baş verən yol qəzalarında 433 nəfər həyatını itirib, 7 min 389 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

 

Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

 

 

Kamali həmçinin bildirib ki, Həmədan əyalətində keçən il baş vermiş iş qəzaları nəticəsində 36 işçi canını itirib. Onun sözlərinə görə, əyalətdə iş qəzalarında ölənlərin sayı öncəki ilə müqayisədə 5 faiz azalıb.

Kamali bu müddətdə iş qəzalarında xəsarət alan 500 nəfər tibbi ekspertiza mərkəzlərinə müraciət etdiyini qeyd edib.

 

 

Rəsminin açıqlamasına əsasən, cari ilin ilk iki ayında Həmədan əyalətində baş vermiş iş qəzaları nəticəsində 1 işçi canını itirib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz azalıb.

Kamali həmçinin bu müddətdə iş qəzalarında xəsarət alan 62 nəfərin tibbi ekspertiza mərkəzlərinə müraciət etdiyini qeyd edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisə edildikdə 14 faiz azalma göstərir.

 

 

Keçən ilin statistikasına əsasən, İranda düzgün iş qanunlarının olmaması və müvəqqəti müqavilələr üzündən 3 milyon 500 min işçi ən aşağı maaşlarla sığortasız işləyir. 

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17