SON XƏBƏRLƏR

Həmədanda yol infrastrukturu bərbaddır: Yolların təmirinə vəsait ayrılmır

2021.12.22, 12:27
Həmədanda yol infrastrukturu bərbaddır: Yolların təmirinə vəsait ayrılmır

Gunaz.tv

Məsud Rüstəmi əyalət yollarında çoxlu sayda təhlükəli hissələrin olduğunu deyib.

Onun fikrincə, problemin aradan qaldırılması üçün büdcə vəsaiti çatışmır. 

Başçı Həmədanda mövcud olan 5400 kilometrlik yolda ən azı 86 təhlükəli qəza nöqtəsinin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, yolların yenidən qurulması və təhlükəsiz hala gətirilməsi üçün 130 milyard tümən lazımdır.  

Qeyd edək ki, Həmədan əyalətinin yolların bərbad olması insan tələfatı ilə nəticələnən yol qəzaların sayının artmasına səbəb olub. 

Həmədanın Yol Polisi İdarəsinin rəisi polkovnik Rza Əzizinin verdiyi məlumata görə, əyalətdə baş verən yol qəzaları nəticəsində ölənlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 12%, yaralananların sayı isə 23% artıb. 

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar