SON XƏBƏRLƏR

Həmədanlı millət vəkili SEPAH komandirlərinin həbsini pislədi

2022.02.16, 09:42
Həmədanlı millət vəkili SEPAH komandirlərinin həbsini pislədi

Gunaz.tv

O, bir neçə SEPAH və "Bəsic" komandirləri barəsində həbs, sürgün, şallaq və dövlət vəzifəsində uzaqlaşdırılma qərarı çıxarıldığını deyib və bunu “namərdlik” adlandırıb.

“İslam inqilabının ildönümündə Məlayerdə bir neçə SEPAH və "Bəsic" komandirləri ağır cəzalara məhkum ediliblər. Bir qrup ölkə daxilində bilərək və ya bilməyərəkdən İsrail və Amerikanın görmək istədiyi işi görürlər”-deyə, millət vəkili hərbçilərin həbsini tənqid edib.

Beyginejad saxlanılan şəxslərin komandirlərin kimliyi, neçə nəfər olmaları və nədə ittiham olunduqları barədə heç bir açıqlama verməyib.

O, bundan öncə 2021-ci ilin avqust ayında parlamentdə çıxışı zamanı Həmədan prokurorluğunu qərəzli davranmaqda ittiham edib və əyalətin SEPAH və təhlükəsizlik xidməti əməkdaşlarını hədəf almaqda ittiham günahlandırmışdı.

C.E 
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar