SON XƏBƏRLƏR

Həmədanda narazılıq: Xalçaçılar sığorta xidmətindən yararlana bilmir

2021.11.27, 12:33
Həmədanda narazılıq: Xalçaçılar sığorta xidmətindən yararlana bilmir

Gunaz.tv

Bu barədə Həmədan əyalətinin Xalça Sənayesi, Mədən və Ticarət İdarəsinin rəisi Ağayar Fərraş açıqlama verib. 

Noyabrın 27-də mətbuat nümayəndələrinə verdiyi açıqlamada Həmədan əyalətində 61 min 777 nəfər xalçaçının fəaliyyət göstərdiyini deyib.

Onun sözlərinə görə, bu saydan yalnız 11 min 739 nəfər siğorta xidmətlərindən istifadə etmək imkanına sahibdir.

Fərraş cari günəş ilinin ilk 7 ayında əyalətdə 15180 kvadratmetr əldə toxuma xalça istehsal edildiyini və bu sahədə Toyserkan bölgəsinin ilk yerdə durduğunu vurğulayıb.

Xalça Sənayesi, Mədən və Ticarət İdarəsinin rəisinin dediyinə görə, on minlərlə toxucudan yalnız 281 nəfər barəsində kredit və maddi dəstək almaq üçün banklara arayış göndərilib.

Qeyd edək ki. Həmədan əyalətində on minlərlə insanın gəlir qaynağı olan əldə toxuma xalça ustaları və işçilərinə dövlət tərəfindən nyardım edilməməsi. siğorta xidmətlərinin göstərilməməsi və kredit verilməməsi bu sahənin günü-gündən zəifləməsinə səbəb olub.

Son illər əyalətdə fəaliyyət göstərən və ölkə bazarlarından əlavə xarici ölkələrə əldə toxuma xalça ixracatı iıə məşğul olan bir çox müəssisə və sexlər bağlanıb, minlərlə xalçaçı işsiz qalıb. 

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar