Bu barədə CNN ABŞ Baş prokuroru Merrik Qarlanda istinadən yazıb.
“Rusiyanın müsadirə edilmiş aktivlərinin Ukraynada istifadə üçün Kiyevə təhvil verilməsinə ilk dəfə icazə verdim”, – Qarland bildirib.
Həmin vəsait biznesmenin “Sunflower Bank”dakı hesabında saxlanılıb.
Malofeyev 2014-cü ildə, daha sonra 2022-ci ilin aprelində ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.
Rusiyanın Vaşinqtondakı səfirliyindən bildiriblər ki, Rusiyanın biznes aktivlərinin Ukraynaya köçürülməsi planları ABŞ maliyyə sistemini nüfuzdan salır. (azpost.info)
Ayxan