SON XƏBƏRLƏR

Üç müstəqil təşkilat İrandakı durumla bağlı bəyanat yayıb

2022.04.20, 09:10
Üç müstəqil təşkilat İrandakı durumla bağlı bəyanat yayıb

Gunaz.tv

Bəyanatda ölkədə inflyasiyanın yüksəlməsi, insanların alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi və yoxsulluğun yayılması tənqid edilir. 

İran Təqaüdçülər Şurası, İran Təqaüdçülərinin Milli Birliyi və Təqaüdç Həmkarlar İttifaqı Qrupunun yaydığı sənəddə bildirilir ki, təqaüdçülərin, fəhlələrin, müəllimlərin, tibb bacılarının və digər əmək haqqı alanların təqaüd və maaşları yoxsulluq həddi üçün nəzərdə tutulan səviyyədən də bir neçə dəfə aşağıdır.

Onlar hökuməti və iqtidardakı siyasi hakimiyyəti ifadə azadlığına və tələblərin həyata keçirilməsinə mane olmaqda, onların haqlı tələblərini cinayət hesab etməkdə ittiham ediblər.

“Hökumətin, parlamentin və məsulların maaşları artırmaq və yaşayış xərclərini maaş və təqaüd ilə balanslaşdırmaq iradəsi yoxdur”-deyə, bəyanatda yazılıb.

Onlar məhkəmələrə çağırış, təqib və qondarma cinayət işlərinin açılmasını, haqsızca çıxarılan həbs cəzalarının işçilərin, müəllimlərin, təqaüdçülərin və zəhmətkeş kütlənin səsini boğa bilməyəcəyini qeyd ediblər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar