SON XƏBƏRLƏR

Macarıstan Ombudsmanı: “Ramil Səfərov indiyədək yardım üçün Ombudsmana müraciət etməyib”

2021.10.20, 07:36
Macarıstan Ombudsmanı: “Ramil Səfərov indiyədək yardım üçün Ombudsmana müraciət etməyib”

Gunaz.tv
Macarıstan Ombudsmanı: “Ramil Səfərov indiyədək yardım üçün Ombudsmana müraciət etməyib” ramilseferovteze.jpg Bakı. Tamara Qriqoryeva-APA. “Azərbaycan ordusunun zabiti Ramil Səfərov bir dəfə olsun belə yardım üçün Macarıstan Ombudsmanının ofisinə müraciət etməyib”. Bu eksklüziv açıqlamanı APA-ya Macarıstan Ombudsmanı Atilla Peter verib. Onun sözlərinə görə, Budapeşt həbsxanasında cəza çəkən Ramil Səfərovun işi ilə şəxsən məşğul olmur: “Bu məsələ ilə Macarıstanın insan hüquqları üzrə Ombudsmanı məşğuldur. Bununla belə, Ombudsman Aparatının əməkdaşları Ramil Səfərovun məhkəməsində həmişə iştirak ediblər və hazırda da situasiyanın monitorinqini aparırlar. Ofis Ramil Səfərova yardım göstərilməsinə ciddi nəzarət edir, ona nə lazım olduğu ilə daim maraqlanır. Lakin Səfərov özü hələlik kömək üçün müraciət etməyib”. Atilla Peter qeyd edib ki, Ramil Səfərovun ekstradisiya edilib-edilməməsi ilə bağlı informasiyaya malik deyil. Qeyd edək ki, Macarıstanda dörd sahə üzrə - ətraf mühit, etnik azlıqlar, insan hüquqları və ümumi Ombudsman fəaliyyət göstərir. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar