MAGATE: "İran Nətənzdə 2-ci nəsil sentrifüqaları aktiv hala gətirib"

2020-11-18 21:41

İran yeraltı Nətənz zavodunda 5+1 ölkələri ilə 2015-ci ildə əldə etdiyi nüvə razılaşması ilə ziddiyyət təşkil edən fəaliyyətlərlə məşğuldur.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə məlumat yayan "Reuters" agentliyi bildirib ki, həmin fəaliyyətlərlə bağlı əldə edə bildiyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatında yazılıb.


Qeyd edilir ki, İran Nətənz təsisatında uranın zənginləşdirilməsi üçün quraşdırılmış mütərəqqi İR-2 sentrifüqalarına xam UF- 6 (uran-heksaflorid) qazı doldurmağa başlayıb. 


Bu addım rəsmi Tehranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasının İran tərəfindən növbəti dəfə pozulması halı hesab edilir. 


Həmin razılaşmaya əsasən, İran yalnız 1-ci nəsil İR-1 sentrifüqaları ilə zənginləşdirilmiş uran ehtiyatına sahib ola və yeraltı nüvə təsisatlarında da təkcə bu qurğulardan istifadə edə bilər. 


Bununla belə, bir müddət əvvəl MAGATE-nin yaydığı hesabatda İranın yeraltı nüvə təsisatlarında 2-ci nəsil, yəni İR-2 sentrifüqaları quraşdırdığından xəbər verilirdi. 


Nətənz nüvə zavodu hava hücumundan müdafiə məqsədilə yerin altında inşa edilib. "New- York Times" qəzeti bir neçə gün əvvəl Donald Trampın noyabrın 22-də Ağ Evdə müşavirləri ilə bu təsisata hücum etmək məsələsi ilə bağlı iclas keçirdiyinə dair xəbər yaymışdı. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

ABŞ-dan Kəlbəcər açıqlaması

2021-07-29

gun az article

Zelenski ordu rəhbərliyini dəyişdi

2021-07-29

gun az article

Leyla Abdullayeva Oxçuçay fəlakətindən yazdı

2021-07-29

gun az article

Erməni terrorçu qrupun üzvlərinin məhkəməsi davam etdiriləcək

2021-07-29

gun az article

Ermənistan atəşkəsi pozaraq Kəlbəcər istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

2021-07-29

gun az article

Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı -FOTO

2021-07-28

gun az article

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşüb – FOTO

2021-07-28

gun az article

Rusiyalı ekspert: "Belə addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər"

2021-07-28

gun az article

Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib

2021-07-28

gun az article

Parlamentin komitə sədri: “Bakı Bəyannaməsi regionun inkişafına töhfə verəcək”

2021-07-28

gun az article

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

2021-07-28

gun az article

Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb

2021-07-28

gun az article

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək

2021-07-28

gun az article

Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

2021-07-28

gun az article

"Taliban" Pekində Çin rəsmiləri ilə görüşüb

2021-07-28

gun az article

Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM

2021-07-28

gun az article

İraqda türk hərbçisi şəhid olub

2021-07-28

gun az article

Zakir Həsənov: "Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"

2021-07-28

gun az article

Polad Bülbüloğlu: "Bakı İrəvanı sülh sazişinə dəvət edir"

2021-07-28

gun az article

Tehran İbrahim Rəisinin andiçmə mərasiminə hazırlaşır: Hava limanları fəaliyyətini dayandıracaq

2021-07-28