SON XƏBƏRLƏR

MAGATE İranın yeni gizli nüvə mərkəzində uran izləri tapıb

2021.10.20, 07:36
MAGATE İranın yeni gizli nüvə mərkəzində uran izləri tapıb

Gunaz.tv

GünAz TV: Atom Enerjisi üzrə Beynəlxalq agentlik İranın nüvə proqramı barədə yeni hesabat yayıb.

 

Hesabatda qeyd edilir ki, agentliyin apardığı araşdırmalar nəticəsində İranın quruma barəsində məlumat vermədiyi gizli nüvə mərkəzində uran izləri tapılıb.

 

MAGATE həmçinin rəsmi Tehranın Fordo Nüvə Kompleksində uranı 2015-ci il razılaşmasında nəzərdə tutmuş həddən artıq faizdə zənginləşdirməyə başladığını təsdiqləyib.

 

İki gün öncə Həsən Ruhani ölkəsinin öhdəliklərini azaltmasına rəğmən, nüvə razılaşmasını tərk etmək niyyətinin olmadığını bəyan etmişdi.

 

Xatırladaq ki, MAGATE bir neçə gün öncə İranın Turquzabadda yerləşən anbarında tapılan uran izləri ilə bağlı toplantı keçirmişdi. Qurum görüşün sonunda yaydığı bəyanatda rəsmi Tehrandan bu barədə təcili izahat tələb etmişdi.

 

Noyabrın 9-da İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi bu tələbə verdiyi cavabda beynəlxalq ictimaiyyəti “məsələni şişirtməkdə” ittiham etmiş və yaranmış “problem”in tezliklə həll ediləcəyini demişdi.

 

“Bu, əslində kiçik məsələdir, lakin onu çox şişirdirlər. Uça bilən zərrəciklər hər yerdə ola bilər”, - deyə Bəhruz Kamalvəndi bildirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar