SON XƏBƏRLƏR

MAHMUD ƏHMƏDİNEJAD: «ABŞ İRAN XALQINA QARŞI 50 İLLİK CİNAYƏTİNİ YADDAŞLARDAN SİLMƏYƏ CƏHD GÖSTƏRDİ»

2021.10.20, 07:36
MAHMUD ƏHMƏDİNEJAD: «ABŞ İRAN XALQINA QARŞI 50 İLLİK CİNAYƏTİNİ YADDAŞLARDAN SİLMƏYƏ CƏHD GÖSTƏRDİ»

Gunaz.tv
MAHMUD ƏHMƏDİNEJAD: «ABŞ İRAN XALQINA QARŞI 50 İLLİK CİNAYƏTİNİ YADDAŞLARDAN SİLMƏYƏ CƏHD GÖSTƏRDİ» th044243290.jpg Mahmud Əhmədinejad Bu gün ölkənin cənub-qərbindəki Yasuc şəhərinə səfər edən İran prezidenti Mahmud Əhmədinejad əhali qarşısında çıxış edərək ABŞ dövlət katibinin müavini Uilyam Börnsün 5+1 qrupunun (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) iyulun 19-da Cenevrədə keçirilən nüvə danışıqlarına qatılmasını müsbət addım kimi qiymətləndirib: «Cenevrə danışıqlarına qatılan ABŞ hökumətinin nümayəndəsi çox ədəbli və nəzakətli danışaraq İran xalqının hörmətini saxlamağa çalışdı. Biz bunu müsbət addım sayırıq». «Media forum» saytının məlumatına görə, M.Əhmədinejad ABŞ hökumətinə xitabən deyib: «Danışıqlarda ABŞ hökuməti irəliyə doğru müsbət bir addım atdı. Əslində bu addım İran xalqının hüququnu tanımaq üçün ədalətə doğru atılan bir addımdır. Beləliklə də ABŞ hökuməti İran xalqına qarşı 50 illik cinayətini yaddaşlardan silməyə cəhd göstərdi. Mən amerikalılara məsləhət görürəm ki, çalışsınlar bundan sonra mənasız sözlər danışmaqla, bizə qarşı müstəmləkə leksikonundan istifadə etməklə, həmçinin boğaz yırtıb quldurluq etməklə öz müsbət addımlarını xarablamasınlar». İran prezidenti sonda Tehranın nüvə məsələsində öz mövqeyindən iynənin ucu qədər də geri çəkilməyəcəyini bildirib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar