SON XƏBƏRLƏR

MAHMUD ƏHMƏDİNEJAD YENİ SANKSİYALARDAN QORXMADIQLARINI DEYİR

2021.10.20, 07:36
MAHMUD ƏHMƏDİNEJAD YENİ SANKSİYALARDAN QORXMADIQLARINI DEYİR

Gunaz.tv
İyunun 26-da ölkənin cənub-qərbindəki Kirmanşah şəhərinə səfər edən İran prezidenti Mahmud Əhmədinejad yerli əhali qarşısında çıxışında Avropa Birliynin yeni sanksiyalarına dözməyə hazır olduqlarını deyib. «Media forum» saytının məlumatına görə, prezident deyib ki, düşmənlər nüvə məsələsində İran xalqının qarşısını ala bilmədilər, ala bilməyəcəklər də: «Onlar bütün qapıları İranın üzünə bağlaya bilsələr də, xalq öz mövqeyində daha qərarlı olacaq və ölkədəki quruculuq işləri sürətlənəcək». İyunun 23-də Avropa Birliyi Şurası İranın ən böyük bankı sayılan Milli Banka qarşı sanksiyalar tətbiqinə qərar verib. Yeni sanksiyalara əsasən, Milli Bankın Avropadakı bütün hesabları dondurulur, bankın London, Paris və Hamburqdakı şöbələrinin fəaliyyəti dayandırılır, İranın nüvə proqramında rolu olan 20 dövlət rəsmisinin və 15 təşkilat nümayəndəsinin Avropa Birliyindən viza almasına qadağa qoyulur. BMT Təhlükəsizlik Şurası uranı zənginləşdirməyi dayandırmaq tələbiylə İrana qarşı üç qətnamə qəbul etsə də, rəsmi Tehran yolundan çəkilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar