SON XƏBƏRLƏR

MAHMUD ƏHMƏDİNEJADA «DAŞÜRƏK və KİÇİK DİKTATOR» DEYƏN REKTORU TEHRANA DƏVƏT ETMƏDİLƏR

2021.10.20, 07:36
MAHMUD ƏHMƏDİNEJADA «DAŞÜRƏK və KİÇİK DİKTATOR» DEYƏN REKTORU TEHRANA DƏVƏT ETMƏDİLƏR

Gunaz.tv
MAHMUD ƏHMƏDİNEJADA «DAŞÜRƏK və KİÇİK DİKTATOR» DEYƏN REKTORU TEHRANA DƏVƏT ETMƏDİLƏR İran rəsmiləri ABŞ-ın Kolumbiya Universitetinin rektoru Li Bolingeri Tehrana dəvətdən vaz keçdiklərini bildiriblər. Ötən il sentyabr ayının 24-də Kolumbiya Universiteti tələbələri qarşısında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad Li Bolingeri İrana çağırıb Tehran Universiteti tələbələri ilə yaxından fikir mübadiləsi aparmasına şərait yaradacağına söz vermişdi. Kolumbiya Universitetindəki görüşdə L.Bolinger İran prezidenti M.Əhmədinejada söz verilməzdən əvvəl mikrofon arxasına keçərək İranda insan hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayaraq dövlət başçısını «daşürək və kiçik diktator» adlandırmışdı. «Media forum» saytının məlumatına görə, Tehranın Şərif Sənaye Universitetinin rektoru Səid Söhrabpur jurnalistlərə açıqlamasında L.Bolingerin adının bu ilin noyabr ayında İrana səfər etməsi planlaşdırılan ABŞ universitetləri rektorlarının siyahısına salınmadığını deyib. S.Söhrabpur bunu Kolumbiya Universiteti rektorunun İran prezidenti M. Əhmədinejada qarşı nəzakətdən kənar davranışı ilə əlaqələndirib: «Kolumbiya Universiteti humanitar elmlər sahəsində ən etibarlı universitetlərdən biri sayılır. Lakin rektorun İran prezidentinə qarşı nəzakətdən kənar hərəkətini nəzərə alaraq o, İrana dəvət edilməyəcək». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar