SON XƏBƏRLƏR

MAHMUD ƏHMƏDİNEJADIN YAXIN ADAMI ÖLKƏNİN 50-dən ÇOX RƏSMİSİNİ POZĞUNLUQ və İQTİSADİ FIRILDAQDA GÜNAHLANDIRIB

2021.10.20, 07:36
MAHMUD ƏHMƏDİNEJADIN YAXIN ADAMI ÖLKƏNİN 50-dən ÇOX RƏSMİSİNİ POZĞUNLUQ və İQTİSADİ FIRILDAQDA GÜNAHLANDIRIB

Gunaz.tv
MAHMUD ƏHMƏDİNEJADIN YAXIN ADAMI ÖLKƏNİN 50-dən ÇOX RƏSMİSİNİ POZĞUNLUQ və İQTİSADİ FIRILDAQDA GÜNAHLANDIRIB abbaspalizdar.jpg Abbas Palizdar İran məhkəmə sistemini tədqiq və araşdırma komitəsinin rəhbəri, prezident Mahmud Əhmədinejadın yaxın adamlarından Abbas Palizdar Şiraz və Həmədan universitetlərindəki çıxışında 50-dən çox yüksək rütbəli dövlət rəsmisini iqtisadi fırıldaqda, hökumət əmlakını mənimsəməkdə, bəzi məmurları isə əxlaq pozğunluğunda günahlandırıb. A.Palizdarın hər iki nitqinin videolentləri tələbələr arasında yayılıb və internetdə yerləşdirilib. «Media forum» saytının məlumatına görə, A.Palizdar iqtisadi fırıldaqda, əxlaq pozğunluğunda günahlandırdığı 50-dən çox rəsminin adını çəkib. Siyahıda ən məşhur rəsmilərin adları da var: Abbas Vaiz Təbəsi (tanınmış ruhani) və oğlu Nasir Vaiz Təbəsi, ayətullah Məhəmməd İmami Kaşani (Tehranın imam cüməsi), Məhəmməd Yəzdi (İran Məhkəmə Sisteminin keçmiş rəisi) və oğlu Həmid Yəzdi, Əbülqasim Xəzəli (ruhani, Konstitusiyaya Nəzarət Şurasının keçmiş üzvü), Əli Əkbər Natiq Nuri (İranın dini rəhbəri ayətullah Əli Xamneyi qərargahının özəl müfəttiş qrupunun rəisi), höccətülislam Moezzi (həmin qərargahın rəis müavini), Möhsün Rəfiqdust (İran İnqilab Keşikçiləri Korpusunun qurucularından biri və Müstəzəflər (yoxsullar) Fondunun keçmiş rəisi), Həbibullah Əsgərövladi (İslam Birliyi Partiyasının rəhbəri), Əli Fəllahiyan (İranın keçmiş təhlükəsizlik naziri), Əli Əkbər Haşimi Rəfsəncani (keçmiş prezident) və oğlanları. A.Palizdar öz çıxışlarında İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Yəhya Rəhim Səfəvinin də adını çəkərək onun bir müddət əvvəl sərnişinləri «Sepah» komandanlarından ibarət təyyarənin süquta uğramasında əli olduğunu istisna etməyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar