SON XƏBƏRLƏR

Mahmud Sadiqidən Cənnətiyə: “Namizədliyin təsdiqlənməsinin alınıb-satılması ötən illərdə də çox baş verib”

2021.10.20, 07:36
Mahmud Sadiqidən Cənnətiyə: “Namizədliyin təsdiqlənməsinin alınıb-satılması ötən illərdə də çox baş verib”

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Tehrandan seçilmiş deputatı Mahmud Sadiqi Konstitusiyaya Nəzarət Şurasının katibi Əhməd Cənnətiyə seçkilərdə namizədlərin qeydə alınması prosesində baş verən qanunsuzluqlarla bağlı məktub ünvanlayıb.

 

O bildirib ki, İranda namizədlərin təsdiqlənməsində rüşvət faktoru yeni fenomen deyil, ötən illərdəki seçkilərdə də bu hal baş verir və kök atıb. Depuat qeyd edib ki, Şuranın daxili nəzarət şöbəsinə təqdim etdiyi sənədlərdə həm cari, həm də ötən illərdəki seçkilərdə bəzi şəxslərin müdaxiləsi ilə bir çox namizədlərin qeydə alınmamasına dair sübutlar var.

 

“Bəzi sənədlər, eləcə də həmin şəxslərin səs yazıları onları namizədliyini irəli sürmüş insanların Nəzarət Şurası tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyinə təsir etmək imkanından xəbər verir”, - deyə Sadiqi əlavə edib.

 

Namizədliyin rüşvət qarşılığında təsdiqlənməsi məsələsi bundan öncə də dəfələrlə Mahmud Sadiqi və digər millət vəkillərinin dilindən səslənib. Sadiqi bildirir ki, bu prosesdə dəllal kimi çıxış edən şəxslər namizədliyinin təsdiqlənməsini istəyənlərdən bəzi vaxtlar, hətta 4 milyard tümənə qədər rüşvət tələb edirlər.

 

Bir müddət öncə oxşar fikirlərini dəfələrlə təkrarladığına görə, Nəzarət Şurası Mahmud Sadiqidən məhkəməyə şikayət etmişdi.

 

Konstitusiyaya Nəzarət Şurası hər seçkilərdə minlərlə şəxsin namizədliyini “islam dini və vilayəti-fəqihin prinsiplərinə riayət etməmə” kimi iddialarla təsdiqləmir. Fevralın 21-də İranda keçiriləcək Parlament seçkiləri ərəfəsində də minlərlə namizədin təsdiqlənməməsi islahatçı və mühafizəkar siyasətçilər arasında ciddi ziddiyyətlərə yol açıb.

 

Bir neçə gün əvvəl İslahatçılar Ali Siyasi Şurası yaydığı bəyanatda artıq Milli Məclisin əksər deputatının təyin edildiyini bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar