SON XƏBƏRLƏR

Mahmud Vaizi: “İran nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində 4-cü addımını araşdırır ”

2021.10.20, 07:36
Mahmud Vaizi: “İran nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində 4-cü addımını araşdırır ”

Gunaz.tv

GünazTV: İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Avropa ölkələrini İrana verdikləri iqtisadi vədlərə əməl etməməkdə günahlandıraraq, ölkəsinin nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün növbəti addım atmaq niyyətində olduğunu bildirib.

 

Oktyabrın 17-də Simnan əyalətinə səfər edən Vaizi jurnalistlərlə görüşündə deyib ki, nüvə sazişini imzalamış Avropa ölkələrinin İrana qarşı rəftarını araşdırmaq üçün özəl bir komitə yaradılıb: “Hazırda İranın nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində 4-cü addımı necə atacağımızı araşdırırıq.

 

Əgər bizim qarşı tərəflərimiz olan 4+1 qrupuna üzv ölkələr (Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), xüsəsən də bu qrupda olan Avropa ölkələri öz öhdəliklərinə sadiq qala bilməsələr, aydın məsələdir ki, biz də nüvə sazişi ilə bağlı üzərimizə götürüyümüz öhdəlikləri  azaltmaq istiqamətində 4-cü addımımızı atacağıq” –deyə, İran İslam Respublikasının Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi əlavə edib.

 

Qeyd edək ki, İran bundan əvvəl Avropa ölkələrini İrana verdikləri iqtisadi vədləri yerinə yetirməməkdə günahlandıraraq, bir neçə dəfə nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaldıb.

 

Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatının rəisi  Əli Əkbər Salehi, oktyabrın 7-də dövlət televiziyasına müsahibəsində ölkənin nüvə təsisatlarında daha inkişaf etdirilmiş yeni sentrifuqaların istifadəyə verilməsi üçün gedən hazırlıq işlərindən danışmışdı: “Hazırda 3,5 faiz dərəcəsindən yuxarı zənginləşdirilmiş uran istehsalının həcmi artaraq gündə 5-6 kiloya qədər yüksəlib. Bu isə o deməkdir ki, biz artıq nüvə sazişindən əvvəlki dövrə qayıtmışıq. Həmçinin Ərak təsisatındakı ağır su reaktorunun ikinci hissəsi də qarşıdan gələn iki həftədə işə salınaraq fəaliyyətə başlayacaq” –deyə Əli Əkbər Salehi bəyan etmişdi.  

 

İranın Atom Enerjisi Təşkilatının rəisi  Əli Əkbər Salehi

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar