SON XƏBƏRLƏR

Mahmud Vaizi: “İran nüvə razılaşması ilə əlaqəli yeni addımlar atmağa qərarlıdır”

2021.10.20, 07:36
Mahmud Vaizi: “İran nüvə razılaşması ilə əlaqəli yeni addımlar atmağa qərarlıdır”

Gunaz.tv

GünAz TV: İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi yerli media orqanlarına G-7 ölkələrinin rəsmi Tehrana etdiyi təkliflərlə bağlı müsahibə verib.

 

O bildirib ki, Fransa İrana təkliflər etsə də, lakin ölkəsi onların üzərində dəyişiklər edib. Vaizinin sözlərinə görə, sözügedən ölkələrin hər birinin qəbul etdiyi bəzi hissələr İran tərəfindən qəbul edilməyib. Nəticədə, İran üzərində dəyişikliklər etdiyi yeni təkliflər paketini G-7 ölkələrinə təqdim edib.

 

Administrasiya rəhbəri həmçinin bu gün İran xarici işlər nazirinin müavini Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətinin Parisə yola düşəcəyini deyib. Bu heyətdə irəli sürülmüş təkliflərin ətraflı müzakirə edilməsi üçün müxtəlif iqtisadi sektorlardan olan nümayəndələr də olacaq.

 

Vaizi sonda avropalıları öz nüvə öhdəliklərinə “əməl etməməkdə” ittiham edib və İranın bu razılaşmada nəzərdə tutulan mənfəətlərdən faydalanmadığı təqdirdə, onu tərk edəcəyini deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar