SON XƏBƏRLƏR

Makı şəhərində PKK terrorçuları bir nəfəri oğurlayıb

2021.10.20, 07:36
Makı şəhərində PKK terrorçuları bir nəfəri oğurlayıb

Gunaz.tv

GünAz TV: PKK terror qruplaşması Qərbi Azərbaycanın sərhədyanı Makı şəhərinin “Dem Qışlaq” kəndində bir nəfəri oğurlayıb.

 

Bu barədə Güney Azərbaycanın yerli mətbuatında xəbər yayılıb.

 

“Dem Qışlaq” kəndinin sakinlərindən biri xəbəri təsqdiqləyərək bildirib ki, Yusif oğlu Tacəddin Mirzayi Atəşgah adlı bir kişi ötən cümə günü PKK terrorçuları tərəfindən oğurlanaraq naməlum istiqamətə aparılıb.

 

Oğurlanan şəxsin ailəsinin dediyinə görə, terrorçular onlarla əlaqə saxlayaraq sözügedən şəxsi buraxmaq üçün 500 milyon tümən məbləğində pul tələb ediblər.

 

PKK terror təşkilatının Qərbi Azərbaycan Əyalətində  terror aktı törətməsi və insan oğurlamasına dair çoxlu faktlar var. PKK Qərbi Azərbaycan əyalətinə göz tikən digər kürd terror qruplaşmaları ilə birlikdə bölgənin kürdləşdirilməsi prosesini həyata keçirmək məqsədi ilə Azərbaycan türklərinə müxtəlif yollarla, o cümlədən terror aktları törətməklə təzyiq göstərir. Bölgənin demoqrafik tərkibinin dəyişdirilməsi İran rejiminin də gündəmində olduğu üçün terror qruplaşmaları bu vəziyyətdən sui-istifadə edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar