Makıda şəhər şurasının üzvü həbs edilib

2021-06-13 12:01

Güney Azərbaycanın Makı şəhərində şəhər şurasının üzvü saxlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Qərbi Azərbaycan əyalətinin Məhkəmə Sisteminin başçısı Nasir Ətəbati məlumat verib.

Onun sözlərinə görə, Makı şəhər şurasının üzvünə 5 il həbs cəzası verilib. O, bələdiyyədə 800 milyon tümənlik mülkiyyət hüququndan məhrum edilib,  800 milyon tümən cərimə olunub.


Ətəbati bələdiyyə üzvünün kimliyini açıqlamayıb.

Onun sözlərinə görə, saxlanılan şəxs “bələdiyyənin ticarət əməliyyatlarında müdaxilə, korropsiya və qanunsuz yollarla gəlir əldə etmək”də ittiham edilir.


"Məhkumun Urmuda keçirilən ilkin məhkəməsindən sonra Apellyasiya Məhkəməsi onun cəzasını olduğu kimi təsdiq edib. Brokratik proseslər bitdikdən sonra məhkum həbsxanaya göndəriləcək”-deyə, o, bildirib. 

Xatırladaq ki, bir neçə həftə öncəyə kimi Ərdəbil Əyalətinin Məhkəmə Sisteminin başçısı olan Nasir Ətəbati, məhkumlara qarşı, xüsusilə Güney Azərbaycanın milli-mədəni məhbuslarına qarşı ağır qərarlar verməsi və qəddarlığı ilə ad çıxarıb.


Son aylar İranda, özəlliklə Azərbaycan əyalətlərində korrupsiya ilə bağlı həbslər artıb. Təbriz, Urmu, Soyuqbulaq, Tufarqan (Azərşəhr), Marağa və Tikantəpə şəhərlərində Şəhər Şurası və Bələdiyyə məsullarının bir neçəsi təhlükəsizlik və kəşfiyyat idarəsinin məmurları tərəfindən həbs edilib.


Xatırladaq ki, korrupsiya İranın hakim rejimində kök atıb. Beynəlxalq Şəffaflıq Təşkilatının yanvarın 28-də yaydığı hesabatına görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri hesab edilib.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03