Makıdan Türkiyəyə keçən TIR-da 60 kg uyuşdurucu maddə aşkar edilib

2021-01-30 15:19

Makı şəhərinin polis rəisinin verdiyi bilgiyə görə, “Narkotiklərə Qarşı Mübarizə Polisi”nin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Qərbi Azərbaycan əyalətinin Bazərqan sərhəd keçid məntəqəsində 60 kilo qram uyuşdurucu maddə olan tiryək aşkarlanaraq götürülüb.

Gunaz.tv Quote | Gunaz article

“İrna” xəbər agentliyinin verdiyi bilgiyə görə, polis rəisi polkovnik Hüseyin Şəhriyar uyuşdurucu maddənin Türkiyə Cumhuriyyətinə keçirilməsi məqsədi ilə TIR yük maşınında yerləşdirildiyini bildirib.

 

Onun sözlərinə görə, hadisə ilə bağlı bir nəfər saxlanılıb və haqqında cinayət işi açılıb.

 

Qeyd edək ki, İranlı narkotacirlər adı çəkilən tranzit məntəqəsindən Türkiyə və Avropaya narkotik maddələrin ötürülməsi üçün istifadə edirlər.

 

Bir neçə gün öncə eyni məntəqədə 200 kiloqramdan çox narkotik maddə aşkarlanaraq götürülmüşdür.

 

Deyilənlərə görə, çox miqdarda tutulan narkotik maddələr əsasən “İran islam İnqilab Keşikçiləri Korpusu” və İran Təhlükəsizlik orqanlarının nəzarətindən qıraq fəaliyyət göstərən narkotacirlərə məxsusdur.

 

Xatırladaq ki, ötən ilin dekabr ayının 13-də Türkiyədə İrana casusluqda ittiham olunan 11 nəfər tutuqlandı. Onlar insan oğurluğu, qətl və geniş səviyyədə narkotik maddələrin alverində günahlandırılırlar. Aparılan araşdırmalarda cinayətkar qrupa başçılıq edən, Türkiyədə yaşayan iranlı kürd “Naci Şərifi Zindəşti”nin ETTELAAT əməkdaşı olduğu, İran təhlükəsizlik orqanlarının tapışırıqlarını yerinə yetirildiyi bəlli oldu.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV July.23.2021: Körpü: Ələhvaz'da Son Durum və Milli Hərəkətin Tutumu

2021-07-23

gun az article

İranda 3 ayda 7 mindən çox azyaşlı qız ərə verilib

2021-07-23

gun az article

“Peyğəmbəri söymək”də günahlandırılan iki azərbaycanlı edam ediləcək- Hökm təsdiq edildi

2021-07-23

gun az article

“Azərbaycan mədənləri talanır, ətraf mühit məhv edilir”- Tanınmış ekoloqdan həyəcan təbili

2021-07-23

gun az article

Soyuqbulaqda faciə: İki nəfər Qızılüzən çayında boğuldu

2021-07-23

gun az article

Təbrizli fəal həbs olunub

2021-07-23

gun az article

Təbriz və Urmuda gərginlik: Mitinq ərəfəsi mlli fəallara təzyiqlər başlandı

2021-07-23

gun az article

Güneyli fəal Əkbər Nəiminin həbsi ilə bağlı xəbərlər Türkiyə mediasında

2021-07-23

gun az article

Milli fəal Şahin Bərzgər həbs olunub

2021-07-23

gun az article

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-07-23

gun az article

GünazTV July.22.2021-Sözümüz:Zülmə Qarşi Nə Etməliyik?

2021-07-22

gun az article

Qəzvində COVİD-19-a görə yüksək təhlükəli qırmızı vəziyyət elan olundu

2021-07-22

gun az article

Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb

2021-07-22

gun az article

Çaldıranda ağır yol qəzası baş verib- Ölənlər var

2021-07-22

gun az article

Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

2021-07-22

gun az article

Millət vəkilindən gizli su çəkilişi layihələrinə etiraz: "Xuzistanın 700 kənd və 25 şəhərində su çatışmazlığı ağlamalı durumdur"

2021-07-22

gun az article

Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

2021-07-22

gun az article

Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

2021-07-22

gun az article

GünazTV July.21.2021-Görüş: Ələhvaz'da son durum, Biz nə etməliyik?

2021-07-21

gun az article

Beynəlxalq Əfv Təşkilatı vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

2021-07-21