SON XƏBƏRLƏR

Makılı fədakar mühəndisin faciəvi ölümü və mətbuatın səssizliyi...

2021.10.20, 07:36
Makılı fədakar mühəndisin faciəvi ölümü və mətbuatın səssizliyi...

Gunaz.tv

GünAz TV: Ötən ay Xoy şəhərində bir Qənd Fabrikində baş verən yanğın zamanı, iki qız uşağını qurtarmaq üçün özünü oda atan azərbaycanlı mühəndis Nəriman Sultani vəfat edib, onun ölümündən 40-dən çox keçməsinə baxmayaraq baş verən hadisə ilə bağlı İran mətbuatında heç bir xəbər yayılmayıb.

 

Məlumata görə, yanvarın 5-də Xoy Qənd Fabrikində şiddətli yanğın baş verib. Yanğın zamanı hamı otaqları tərk edərək çölə çıxıb. Bu arada makılı mühəndis N.Sultani, peşə öyrənmək məqsədi ilə fabrikdə çalışan iki qızın içəridə qaldığını fərq edib. O bundan sonra özünü oda ataraq onları qurtarmağa çalışıb. Lakin N.Sultaninin özü odda yanıb, o aldığı şiddətli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını qurtarmaq mümkün olmayıb bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib.

 

Mərhum xəstəxanada ağır vəziyyətdə olduğu zaman ona qızların sağ-salamat olduqları ilə bağlı xəbər çatıb. Məlum olub ki, qızlar yanğın zamanı fabrikin arxadakı qapısından çıxaraq canlarını qurtarıblar. O bu xəbəri eşitdikdən sonra gülümsəyib və sevinib. Lakin təəssüflər olsun ki, özü bir neçə gün sonra vəfat edib.

 

 

Artıq N.Sultaninin ölümündən 40 gündən çox keçir. Amma bu müddətdə onun vəfatı və etdiyi fədakarlıqla bağlı İran mətbuatında təxminən xəbər yayılmayıb. İranda bu kimi hadisələrə yalnız Güney Azərbaycan şəhərlərində rast gəlinə bilər. Bu şübhəsiz ki, Azərbaycana qarşı ayrı-seçkilik siyasətinin təzahürüdür. İran mətbuatı işıqlandırmasa da, Azərbaycan mediası fədakar soydaşlarımızla bağlı xəbərləri yayacaq, Azərbaycan türk milləti belə övladlarını hər zaman yad edəcək.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar