SON XƏBƏRLƏR

Makron regionda yaşanan gərginliklərlə bağlı Ruhaniya zəng edib

2021.10.20, 07:36
Makron regionda yaşanan gərginliklərlə bağlı Ruhaniya zəng edib

Gunaz.tv

GünAz TV: Fransa prezidenti Emmanuel Makron Yaxın Şərq regionu və körfəzdə yaşanan gərginliklər barədə danışıqlar aparmaq üçün öz iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi saxlayıb.

 

Fransa Prezident Adminstrasiyasının yaydığı bəyanata əsasən, bu telefon zəngi rəsmi Parisin Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün hazırladığı proqramın tərkib hissəsi kimi baş tutub.

 

Emmanuel Makron telefon danışığı zamanı nüvə razılaşmasının qorunub saxlanması üçün ölkəsinin göstərdiyi tələşları da Ruhaninin diqqətinə çatdırıb.

 

Ruhani isə ölkəsinin Amerika ilə yeni razılaşma əldə etmək üçün bir daha müzakirə aparmayacağını deyib. O, həmçinin “Amerikanın İran hava və su məkanına yenidən daxil olduğu təqdirdə, İran Silahlı Qüvvələrinin buna sərt cavab verəcəyini” əlavə edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar