SON XƏBƏRLƏR

Maku sərhədində PKK-çılar tərəfindən öldürülən İran sərhədçisinin cənazəsi Türkiyədən ölkəyə gətirilib

2021.10.20, 07:36
Maku sərhədində PKK-çılar tərəfindən öldürülən İran sərhədçisinin cənazəsi Türkiyədən ölkəyə gətirilib

Gunaz.tv

GünAzTV: İki gün əvvəl İranın Qərbi Azərbaycan əyalətinin Maku şəhərində, Türkiyə sərhədinə bitişik Boralan məntəqəsində PKK terrorçularının silahlı hücumunda öldürülən milliyyətcə azərbaycanlı olan İran sərhədçisi Tohid Məlikzadənin cənazəsi Türkiyədən ölkəyə gətirilib.

 

Bildirilir ki, PKK-çıların odlu süilahlardan açdığı atəş nəticəsində ağır yaralanan İran sərhədçisi Türkiyənin Qars şəhərinin xəstəxanasına çatdırıldıqdan sonra keçinib. Onun cənazəsi dekabrın 5-də Türkiyədə keçirilən rəsmi bir təşrifatdan sonra İrana təhvil verilib. İran mənbələrinin yaydığı xəbərə əsasən, Tohid Məlikzadənin cənazəsi dəfn olunmaq üçün doğma şəhəri Salmas şəhərinə göndərilib.

 

Hadisənin detalları barədə konkret hər hansı bir məlumat yayılmayıb.  

 

 

Dekabrın 4-ü axşam saat 16:30-da İranın Qərbi Azərbaycan əyalətinin Maku şəhərində, Türkiyə sərhədinə yaxın Boralan məntəqəsində baş verən atışmada 1 İran sərhədçisi ölüb, 3-ü ağır yaralanıb. Bu barədə Maku fərmandarı Şahin Əlizadə hadisədən az sonra jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, hadisədə xəsarət alanlardan 1-i sərhədçi, 2-si isə sərhədyanı su hövzələrindəki vəziyyəti araşdırmaq üçün bölgəyə getmiş İranın Su Təşkilatının mütəxəssis mühəndisləridi.

 

Qərbi Azərbaycanın valisi Məhəmməd Mehdi Şəhriyari isə insidentlə bağlı jurnalistlərə bildirib ki, atışmada yaralananlardan 2-si Türkiyənin Qars əyalətinin xəstəxanasına aparılıb: “Türkiyədəki səfirliyimiz Qars ostandarı Rəhmi Doğanla əlaqə saxlayaraq məsələnin həssaslığına toxunaraq vətəndaşlarımızın səhhəti ilə maraqlanıb. Rəhmi Doğan isə yaralıları daşıyan helikopterin Qarsda yerə endiyini və onların xəstəxanaya köçürüldüyünü bildirib. O, yaralılara tibbi yardım göstərmək üçün xəstəxananın bütün əməliyyat otaqları və cərrahlarının səfərbər edildiyindən xəbər verib”.

 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi isə sərhəddə baş verən olayla bağlı jurnalistlərə bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmmədcavad Zərifə zəng vuraraq ona başsağlığı verərib. Telefon danışığında Çavuşğlu bildirib ki, hadisəyə səbəb PKK terrorçuları olub.

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar