SON XƏBƏRLƏR

Malidə terrorçuların hücumu nəticəsində 20-dən çox hərbçi həlak olub

2021.10.20, 07:36
Malidə terrorçuların hücumu nəticəsində 20-dən çox hərbçi həlak olub

Gunaz.tv

GünAz TV: Bazar ertəsi gecəsi naməlum terrorçular Malinin şimal-şərqindəki hərbi düşərgəyə hücum ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nəticədə 20-dən çox hərbçi həlak olub. 

 

Düşərgə Niger çayı sahilindəki Bamba şəhərində yerləşir. Ağır silahlarla yüklənmiş terrorçular avtomobil və motosikletlərlə şəhərə daxil olublar. Dinc sakinlərdən heç kəs xəsarət almasa da, çoxları şok vəziyyətindədir. 

 

Hücum yeni tip koronavirusla əlaqədar Malidə elan olunmuş fövqəladə sanitar vəziyyəti fonunda baş verib. Ölkədə bütövlükdə 45 yoluxma qeydə alınıb.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar