SON XƏBƏRLƏR

Maliyyə pozuntuları ilə bağlı bələdiyyə məmurları barəsində hökm çıxarılıb – Ərdəbildə

2021.10.20, 07:36
Maliyyə pozuntuları ilə bağlı bələdiyyə məmurları barəsində hökm çıxarılıb – Ərdəbildə

Gunaz.tv

GünAz TV: Ərdəbil prokuroru şəhərin Bələdiyyə İdarəsinin maliyyə pozuntuları ilə bağlı dosyesindən danışıb.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Nasir Ətəbati bildirib ki, Ərdəbil Bələdiyyə İdarəsinin maliyyə pozuntuları ilə əlaqədar dosyesi məhkumluq qərarı ilə nəticələnib. Maliyyə pozuntularına yol verənlər barəsində hökumət işindən uzaqlaşdırılmaq, mənimsədiyi vəsaiti qaytarmaq, cərimə və həbs qərarı çıxarılıb.

 

Bu barədə əlavə məlumat verməkdən imtina edən Nasir Ətəbati Ərdəbil Bələdiyyə İdarəsinin yaşıllıq zonası haqda olan dosyeyə də toxunub. “Bu dosye haqda aparılan araşdırmalar yekun mərhələdədir. Araşdırmaların nəticəsində Bələdiyyə məsulu və podratçılardan ibarət 9 nəfər şübhəli qismində saxlanılıb”- deyə o bildirib.

 

İranda dövlət əmlakını mənimsəmə, rüşvət və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının son hesabatına görə, İran ən korrupsiyalaşmış ölkələr sırasındadır və korrupsiya indeksinə görə 180 ölkə arasında 130-cu yerdədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar