SON XƏBƏRLƏR

Maliyyə sıxıntıları ilə üzləşən “Urmiya 90”nın baş məşqçisi: Komandada qalıb-qalmamağım oyunçuların saxlanılması ilə bağlıdır

2021.10.20, 07:36
Maliyyə sıxıntıları ilə üzləşən “Urmiya 90”nın baş məşqçisi: Komandada qalıb-qalmamağım oyunçuların saxlanılması ilə bağlıdır

Gunaz.tv

GünAz TV: “Urmiya 90” futbol komandasının baş məşqçisi komandada gələcək fəaliyyəti ilə bağlı bildirib ki, hal-hazırda ən önəmli məsələ məşqlərdə hazır olmalı olan oyunçuları saxlamaqdır.

 

Bu barədə Vəhid Bəyatlu “Fars” xəbər agentliyinə danışıb.

 

Onun sözlərinə görə, “Urmiya 90”nın oyunçuları artıq klub rəhbərliyinə müraciət edərək komandada qalıb-qalmayacaqlarının müəyyən edilməsini tələb edirlər.

 

Baş məşqçi bildirib ki, o, yalnız indiki oyunçular komandada qalacağı təqdirdə klubla əməkdaşlığını davam etdirəcək.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, “Urmiya 90” komandası yarım mövsüm ərzində İran çempionatının I dəstəsinin yarışlarında güclü çıxış etdiyi üçün Vəhid Bəyatluya bir neçə klub tərəfindən təklif gəlib. Lakin əsas məsələ klubun maliyyə sıxıntısı və oyunçulara olan borcudur.

 

Qeyd edək ik, Qərbi Azərbaycana sırınan radikal kürddilli məsullar “Urmiya 90” klubunun fəaliyyət göstərməsinə qarşıdır. Xüsusi ilə Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülü bunu öz mövqelərində dəfələrlə göstəriblər.

 

Xatırladaq ki, Məhəmməd Mehdi Şəhriyari Şimali Xorasanın Bocnurd şəhərindən, Abdulla Çəməngülü isə Kürdistan Əyalətinin Səqqiz şəhərindəndir. Bu şəxslər hər zaman Azərbaycana qarşı sərgilədikləri mövqeləri ilə seçilib. Onlar sözdə islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar