İran sürət qayıqları Oman dənizində Amerikanın hərbi gəmisi ilə üz-üzə gəldi- SEPAH bəyanat yaydı

03.11.2021, 18:00

SEPAH terror təşkilatı bu gün bəyanat yayaraq, sürət qayıqlarının Oman dənizində üzən Amerikanın hərbi gəmisi ilə üz-üzə gəlməsindən xəbər verib.

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda iddia edilir ki, bir neçə vaxt əvvəl Amerikanın bir hərbi gəmisi Oman dənizində İran neftini daşıyan bir tankeri dayandırdıqdan sonra ondakı nefti başqa bir tankerə köçürməklə naməlum istiqamətə aparmağa çalışıb.


Bildirilir ki, SEPAH-ın regiondakı sürət qayıqları bundan xəbər tutan kimi Amerikanın hərbi gəmisi ilə üz-üzə duraraq, sözü gedən tankerin göyərtsəində əməliyyat keçirərək onu İran sahillərinə yöndəriblər. 


Bəyanatda həmçinin iddia olunur ki, Amerikanın körfəzdəki hərbi qüvvələri bir neçə hərbi helikoper və hərbi gəmi ilə birlikdə SEPAH-ın sürət qayıqlarının ələ keçirdiyi sözü gedən tankerin izinə düşərək, onun İran sahillərinə aparılmasına mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər və SEPAH qayıqlarının qarşısından geri çəkilməyə məcbur olublar.


SEPAH-ın sürət qayıqları ilə Amerikanın hərbi gəmisi arasında qarşıdurmanın konkret nə zaman baş verdiyi açıqlanmasa da, hadisənin “son vaxtlar” baş verdiyi və sözü gedən tankerin hazırda İran sahillərində olduğu bildirilir.


SEPAH baş vermiş insidentdən çəkilmiş video görüntüləri də yayacağını bildirib.


Qeyd edək ki, SEPAH terror təşkilatının sürət qayıqları bundan əvvəl bir neçə dəfə körfəz sularında üzən Amerikanın hərbi gəmilərinə yaxınlaşsalar da, hər dəfə Amerika qüvvələrinin xəbərdarlıq atəşindən sonra onlardan uzaqlaşmağa məcbur ediliblər.

سپاه

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31