SON XƏBƏRLƏR

Oman körfəzində İrana məxsus silahları ələ keçirilib

2023.01.11, 14:04
Oman körfəzində İrana məxsus silahları ələ keçirilib

Gunaz.tv

Yaxın Şərq sularında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Timoti Havkins bildirib ki, tüfənglər "Kalaşnikov" avtomatlarına bənzəyir və ayrı-ayrılıqda yaşıl brezentlərə bükülü olub.

Onun dediyinə görə, keçmişdə bölgə sularında ələ keçirilən oxşar avtomatlar İran tərəfindən Yəməndə husi üsyançılarına göndərilən silahların oxşarıdır və bu Tehranın husilərə davamlı silah yardımının bir hissəsidir. 

Qeyd edək ki, Yəmənin husi silahlı qruplaşması İran tərəfindən dəstəklənir və son illərdə İranın bu qruplaşmaya silah göndərməsi ilə bağlı çoxlu xəbərlər dərc olunub.

Bir müddət əvvəl "Wall Street Journal" Birləşmiş Millətlər Təşkilatının Ekspertlər Şurasının Amerikanın aşkar etdiyi və İran tərəfindən Yəmən husilərinə göndərildiiyi minlərlə silahla bağlı hesabat dərc etmişdi.

Hesabatda faktlara əsaslanaraq İranın cənubunda yerləşən Cask limanının bu ölkədən Yəmənə və başqa yerlərə silah qaçaqmalçılığı mərkəzinə çevrildiyi yazılıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar