SON XƏBƏRLƏR

Manaf güneylilərin "Səni deyirlər" mahnısını oxudu – VİDEO

2021.10.20, 07:36
Manaf güneylilərin "Səni deyirlər" mahnısını oxudu – VİDEO

Gunaz.tv

GünAz TV: Tanınmış müğənni Manaf Ağayev son zamanlar Güney və Quzey Azərbaycanda məşhurlaşan “Səni Deyirlər” mahnısı ifa edib.

 

Aparıcı Sərxan Kərəmoğlunun ad günü tədbirində qonaq qismində iştirak edən sənətçi ilk dəfə adı çəkilən mahnını səsləndirib.

 

Gecədə olan şou-biznes nümayəndələri, o cümlədən əməkdar artist Nüşabə Ələsgərli mahnının sədaları altında rəqs ediblər.

 

https://www.youtube.com/watch?time_continue=32&v=pi_MtR3h6JU

 

Qeyd edək ki, ötən günlərdə Güney Azərbaycanda gənclər tərəfindən sosial şəbəkələrdə “Səni deyirlər” adlı əyləncə kampaniyası başladılıb. Kampaniyaya çox sayda şimali azərbaycanlı, hətta ən tanınmış insanlar da qoşulub.

 

Güneyli gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, həm İran molla rejiminin insanların əyləncə azadlığının məhdudlaşdırmasına üsyan edir, eyni zamanda qurumaqda olan Urmu gölünə dəstək nümayiş etdirirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar