SON XƏBƏRLƏR

MAQATE İranı iki gizli nüvə obyekti ilə bağlı təcili əməkdaşlıq etməyə çağırıb

2021.10.20, 07:36
MAQATE İranı iki gizli nüvə obyekti ilə bağlı təcili əməkdaşlıq etməyə çağırıb

Gunaz.tv

GünAz TV: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrandan qurumun müfəttişlərinə aşkarlanmış iki gizli nüvə obyektinə təcili olaraq giriş icazəsi verməyi tələb edib.

 

Agentliyin baş katibi Rəfael Grossi bildirib ki, İran əməkdaşlıq etməsə, qurum rəsmi Tehranın həmin məkanlarda tapılmış nüvə maddələri ilə bağlı verdiyi açıqlamanın doğru olub-olmadığını təsdiqləyə bilməyəcək.

 

Xatırladaq ki, MAQATE martın 2-də İranda iki gizli nüvə obyektinin tapıldığı barədə məlumat yaymışdı. Qurum bildirirdi ki, İranın mövcudluğu barədə məlumat vermədiyi həmin obyektlərdə ya uran depoladığı, ya da digər nüvə fəaliyyətləri həyata keçirdiyi ehtimal edilir. MAQATE məsələ ilə bağlı rəsmi Tehrandan dəfələrlə açıqlama tələb etsə də, sonuncu Agentliyə qane edici cavab verməyib.

 

Agentlik həmçinin İrana ünvanladığı 3 məktubda müfəttişlərinin yoxlamalar aparmaq üçün həmin məkanlara buraxılmasına icazə verməyi tələb edib. Lakin İran həmin məktubları cavabsız qoyub.

 

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi martın 4-də etdiyi açıqlamada ölkəsinin MAQATE-nin tələblərinə cavab verməmək üçün "ciddi səbəbləri var".

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar