SON XƏBƏRLƏR

Maradona Əhmədinejadı məyus etdi

2021.10.20, 07:36
Maradona Əhmədinejadı məyus etdi

Gunaz.tv

GünAzTv: Dünya futbolunun əfsanələrindən olan Diyeqo Armando Maradonanın İran milli komandasının baş məşqçisi postunu tutmayacağı məlum olub. Lent.az-ın verdiyi məlumata görə, bu barədə İranın dövlət telekanalı olan “Press TV” Maradonaya yaxın bir şəxsə istinadən məlumat yayıb. Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad əfsanəvi futbolçunun İran milli komandasının baş məşqçisi postunu tutacağını təsdiqləmişdi. Maradonaya yaxın olan və adının açıqlanmasını istəməyən həmin şəxs isə bildirib ki, bu fikrin özü belə dəlilikdir. O deyib ki, Maradona Argentinada bir komandanın baş məşqçisi olmaq istəyir, bu olmadığı halda isə Portuqaliya kimi Argentinaya mədəni köklərinə görə yaxın ölkələrin komandalarının baş məşqçisi olmağı məqbul sayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar