SON XƏBƏRLƏR

Marağa Universitetində “21 Azər Hərəkatı"nın təhlili ilə bağlı tədbir keçirməyə icazə verilməyib

2021.10.20, 07:36
Marağa Universitetində “21 Azər Hərəkatı"nın təhlili ilə bağlı tədbir keçirməyə icazə verilməyib

Gunaz.tv

GünAz TV: Marağa Universitetinin Mədəniyyət Şurası 1945-ci il dekabrın 12-də Güney Azərbaycanda yaradılmış və bir il sonra Pəhləvi ordusu tərəfindən süquta uğradılmış Milli Hökumət və bununla bağlı baş verən hadisələrin təhlili ilə əlaqədar tədbirin keçirilməsinə icazə verməyib.

 

Məlumata görə, universitetin “Azərbaycanşünaslıq Dərnəyi”nin üzvləri “1324-cü il 21 Azər (1945-ci il dekabrın 12-i) hadisəsinin tarixi təhlili” mövzusunda tədbir keçirmək üçün universitetə müraciət edib, lakin öyrəncilərin tələbi məsullar tərəfindən təmin olunmayıb.

 

Universitet məsulları tədbirin siyasi olduğunu və dərnəyin fəaliyyət sahəsinə aid olmadığını irəli sürərək öyrəncilərin müraciətini rədd ediblər. Halbuki, Azərbaycan Milli Hökuməti, Güney Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biridir. “Azərbaycanşünaslıq Dərnəyi” ictimai, tarixi və mədəni bir qurum kimi, “21 Azər Hərəkatı”nı təhlil etmək və onunla bağlı tədbir keçirmək imkanına malik olmalıdır.

 

Məlumata görə, “Azərbaycanşünaslıq Dərnəyi” müraciətin rədd edilməsi ilə razılaşmayıb, etirazını yazılı məktubla universitet rəhbərliyinə təqdim edib.

 

Güney Azərbaycanın yerli məmurlarının əksəriyyəti birbaşa və ya dolayı yolla Tehran tərəfindən təyin olunur. Onlar “21 Azər hərəkatı” kimi milli hadisələrin gündəmə gətirilməsinə hər zaman maneçilik yaradır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar