SON XƏBƏRLƏR

Marağa zindanında saxlanılan Mehdi Kuxiyan haqda son məlumat

2021.10.20, 07:36
Marağa zindanında saxlanılan Mehdi Kuxiyan haqda son məlumat

Gunaz.tv

GünAz TV: Marağa zindanınmda saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan haqda yeni məlumat yayılıb.

 

İnformasiyaya görə, 50 gündən çoxdur zindanda saxlanılan fəalın məzuniyyət hüququ təmin olunmur. Bu barədə zindan məsulları razılıq versə də, şəhər prokuroru təhlükəsizlik qüvvələrinin təzyiqi altında onun məzuniyyətə çıxmasına imkan vermir.

 

“Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri aprelin 8-də Məlikan Şəhər Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, o aprelin 13-ü axşam saatlarında Ettelaat-ın təcridxanasından Marağa zindana köçürülüb.

 

Fəal bundan əvvəl başqa bir dosyeyə görə 18 ay həbs cəzasına məhkum edilib.

 

Azərbaycanlı fəal saxlandıqdan sonra yeni dosye və ittihamla üzləşib. Onun barəsində mülki vəsiqə qərarı çıxarılsa da, o bundan əvvəlki məhkumluq hökmü ilə əlaqədar həbsxanada saxlanılır.

 

Ettelaat əməkdaşları fəalı yaxalarkən zorakılıq tətbiq edib, ona baş nahiyyəsindən cəsarət yetirmişdilər.

 

Kuxiyanın yaxınlarının dediyinə görə, fəalın saxlanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub, deputat və Ettelaat İdarəsinin onunla bağlı hansı ssenari qurduqları hələlik məlum deyil. Bu kimi açıqlamalara baxmayaraq, Mehdi Kuxiyanın saxlanmasının səbəbi barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Salman Xudadadi ötən aylarda Zəhra Nəvidpur adlı xanıma cinsi təcavüz və onun qətlə yetirilməsi ilə bağlı mətbuatın gündəminə düşmüşdür.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar