SON XƏBƏRLƏR

Marağada məhbuslar koronavirusdan qorunmaq üçün məzuniyyətə buraxılıb

2021.10.20, 07:36
Marağada məhbuslar koronavirusdan qorunmaq üçün məzuniyyətə buraxılıb

Gunaz.tv

GünAz TV: Marağa şəhər prokuroru koronavirusdan qorunmaq üçün çox sayda məhbusun müvəqqəti olaraq evə buraxıldığını bildirib.

 

Bu barədə Nadir Nəcd çərşənbə axşamı günü mətbuat nümayəndələrinə məlumat verib.

“Koronavirus səbəbindən Marağada bir çox məhbus məzuniyyətə buraxılıb. Bundan əlavə, həbsxanada bütün məhbusların yaxınları ilə görüşünə qadağa qoyulub.”- deyə o bildirib.

 

Prokuror vurğulayıb ki, əhali qeyri-zəruri işlərə görə rəsmi orqanlara müraciət etməməlidir. Hər kəs evdən şəhərə çıxmamaqla koronavirus böhranından çıxmağa yardım etməlidir.

 

Bu arada Ərdəbil valisi Əkbər Behnamcu hər kəsi Novruz bayramı günlərində “Evdə qalaq” şüarını reallaşdırmağa çağırıb. O bildirib ki, koronavirus böhranına son qoymaq üçün insanların şəhərə çıxmaması önəmli məsələdir. Əks halda təhlükəli virusu məğlub etmək mümkün olmayacaq.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alınıb. Rejim şəhəri karantinə almadığı üçün artıq virus təxminən bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb. Hər gün virusa yoluxan xəstələrin sayının artdığı, bir neçəsinin isə öldüyü barədə məlumat yayılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar