SON XƏBƏRLƏR

Marağada milli şüarlar səsləndirildi / Ərəblər, lorlar, bəluçlar və kürdlər öz milli şüarları ilə çıxış ediblər – VİDEO

2021.10.20, 07:36
Marağada milli şüarlar səsləndirildi / Ərəblər, lorlar, bəluçlar və kürdlər öz milli şüarları ilə çıxış ediblər – VİDEO

Gunaz.tv

GünAz TV: Dekabrın 28-dən etibarən İranı bürüyən kütləvi etirazlar iqtisadi problemlərlə əlaqədar başlasa da, sonralar siyasi şüarlarla davam etdirildi, Etirazlar qısa müddətdə İranın müxtəlif şəhərləri, o cümlədən Paytaxt Tehrana keçdi.

 

Aksiyalar zamanı İranın daxili və Yaxın Şərqdə apardığı siyasət kəskin məhkum edilərək ölkə rəhbərlərinə qarşı bir çox şüarlar səsləndirilib. Etirazçılar ən çox dini lider Əli Xameneinin ünvanına şüar səsləndiriblər.

 

Əsasən fars şəhərlərində keçirilən aksiyalar, bəzi Azərbaycan şəhərləri, o cümlədən Urmiyə, Əbhər, Zəncan, Xoy, Marağa və kiçik miqyasda Təbriz şəhərində müşahidə olunub. Etirazların Azərbaycan şəhərlərində geniş şəkildə yayılmaması, yerli əhalinin ictimai-siyasi proseslərə artıq İran deyil, Azərbaycan kimliyi ilə  qoşulduğunu göstərməkdədir. Azərbaycanlılar öz milli mübarizələrini İrandakı digər siyasi cərəyanlardan fərqli bildiyi üçün şəraitdən asılı olaraq mövqe sərgiləmək niyyətindədir.

 

Aksiyalarda bir neçə nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldürülüb.

 

Aksiya keçirilən şəhərlərdən biri də Azərbaycanın Marağa şəhəridir. Etirazçılar “Azərbaycan oğluyam – Babəkin sərbazıyam” kimi şüarlar səsləndirib, Bozqurd işarəsi tutublar. Marağada İran bayrağı da aşağı endirilib.

 

https://www.youtube.com/watch?time_continue=1&v=xgB8XVgpHIw

 

https://www.youtube.com/watch?v=aA3eGAx8izw

 

 

Videolarda göründüyü kimi, İranda yaşayan digər millətlər də öz dillərində şüarlar səsləndirərək milli hüquqlarını tələb ediblər.

 

Ərəblər:

https://www.youtube.com/watch?v=vN5y2M0tXN4

 

 

Bəluçlar:

https://www.youtube.com/watch?time_continue=3&v=Yk-_jw5Ys6w

 

Kürdlər:

https://www.youtube.com/watch?v=3xR0e1yMbz0

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar