Marağada təhsil ocaqları acınacaqlı durumdadır-VİDEO

2021-03-22 16:05

Güney Azərbaycanın Marağa şəhərində təhsil ocaqları baxımsız qalıb

Gunaz.tv Quote | Gunaz article

Qeyd edək ki, bundan öncə Əcəbşer və Marağa şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əli Əlizadə Marağada təhsil ocaqlarının 37 faizinin istifadəyə yararsız olduğunu bildirmişdi. Marağanın Çallı kənd məktəbindən yayımlanan videoda təhsil ocağının acınacaqlı durumda olduğu görünür.

Məlumata görə, 2005-ci ildə köhnə məktəbin binası uçub. Kənd əhalisi şagirdlərin təhsildən geri qalmaması üçün onun yerində kaneks (konteyner) qurub. Yerli məmurlar  əhaliyə məktəb tikintisi ilə bağlı söz versələr də, bu vəd hələ də yerinə yetirilməyib.  

Hökumətin 16 il müddətində 20 şagirdlik məktəbin inşasına başlaya bilməməsi Çallı kəndi əhalisinin heyrətinə səbəb olub. Qeyd edək ki, video-görüntüdə danışan kənd müəllimi sözünün mərkəzdə eşidiləcəyi ümidi ilə problem barədə farsca danışır.

Xatırladaq ki, İran konstitusiyasının 30-cu maddəsində göstərilir ki, dövlət bütün vətəndaşları orta məktəbin sonuna qədər pulsuz təhsillə təmin etməli və ödənişsiz ali təhsil üçün şərait yaratmalıdır. Lakin  hökumət Azərbaycan əyalətlərində yeni məktəblərin tikintisi və dağılmaqda olan təhsil ocaqlarının yenidən qurulmasını xeyriyyəçilərin hesabına həyata keçirir. 

Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemi bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.  Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitinin ayrılmayacağına işarə ediblər.
 
C.E

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09

gun az article

Germidə dəhşətli yol qəzası: 5 nəfər həlak olub

2021-05-09

gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08