SON XƏBƏRLƏR

Marağanın “Aşan” kəndində içməli su tapılmır – VİDEO

2021.10.20, 07:36
Marağanın “Aşan” kəndində içməli su tapılmır – VİDEO

Gunaz.tv

GünAz TV: Əksər Güney Azərbaycan kəndlərində olduğu kimi Marağanın “Aşan” kəndində də içməli su problemi yaşanır.

 

Məlumata görə, 450 ailənin yaşadığı kənddə 13 ildir ki, su qıtlığı problemi öz həllini tapmır. Kənd əhalisi dəfələrlə səlahiyyətli orqanlara müraciət edərək problemin aradan qaldırılmasını istəyib, lakin bu istiqamətdə hər hansı addım atılmayıb.

 

Deyilənlərə görə, kənd əhalisinin su problemi qazılmış bir quyunun kəndin su təchizatı sisteminə birləşdirilməsi ilə həll oluna bilər. Lakin bu işə dövlət tərəfindən vəsait ayrılmadığı üçün kənd əhalisi suya həsrət qalıb.

 

Bu il ətrafdakı bulaqlar və yeraltı suların səthinin azalması “Aşan” kəndinin əhalisini ciddi su sıxıntısı ilə üz-üzə qoyub.

 

İçməli su problemini kənd əhalisinin dilindən eşidək:

 

https://www.youtube.com/embed/GA6LQxfr2C8

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar