SON XƏBƏRLƏR

Mariya Stadnik Pekin Olimpiadasında Azərbaycana daha bir medal qazandırıb

2021.10.20, 07:36
Mariya Stadnik Pekin Olimpiadasında Azərbaycana daha bir medal qazandırıb

Gunaz.tv
Mariya Stadnik Pekin Olimpiadasında Azərbaycana daha bir medal qazandırıb mariyastadnik1.jpg Bu gün XXIX Pekin Yay Olimpiya Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulublar. “APA-SPORT” agentliyinin məlumatına görə, döşək üzərinə çıxan Azərbaycanın hər iki idmançısı ilkin mərhələdə məğlubiyyətlə üzləşib. Yığmamızın ukraynalı legioneri Mariya Stadnik (48 kq) 1/8 finalda Karol Huyna (Kanada) uduzub. Rəqibi finaladək irəlilədiyindən M. Stadnik təsəlliverici mərhələyə qatılmaq imkanına yiyələnib. Avropa çempionumuz olimpiadanın bürünc medalı uğrunda ilk görüşdə koreyalı Hyunq-Yo Kimi üstələyib - 1:0; 3:2. 20 yaşlı pəhləvanımız həlledici görüşünü Tatyana Bakatyuka (Qazaxıstan) qarşı keçirib. İlk hissədə 2:1 hesabı ilə üstün olan M. Stadnik növbəti hissədə 8 xal qazanaraq, vaxtından əvvəl qalib gəlib. Beləliklə, xanım idmançımız yay olimpiya oyunlarında üçüncü yeri tutaraq, Azərbaycana 5-ci medalı qazandırıb. Digər güləşçimiz Yelena Komarova (55 kq) isə olimpiada ilə erkən vidalaşıb. O, 1/8 finalda dünya çempionatının bürünc mükafatçısı rusiyalı Natalya Qoltsla bacarmayıb. N. Qolts 1/4 finalda məğlub olduğundan Y. Komarova təsəlliverici mərhələdə iştirak etmək şansını da itirib. Qeyd edək ki, idmançılarımızdan cüdoçular Elnur Məmmədli (73 kq) qızıl, Mövlud Mirəliyev (100 kq) bürünc, yunan-Roma güləşçiləri Rövşən Bayramov (55 kq) və Vitali Rəhimov (60 kq) isə gümüş medala sahib çıxıblar. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar