SON XƏBƏRLƏR

Mark Esper Amerikanın müttəfiqlərini region ölkələrinin İranın təhdidləri qarşısında güclənməsinə kömək etməyə çağırıb

2021.10.20, 07:36
Mark Esper Amerikanın müttəfiqlərini region ölkələrinin İranın təhdidləri qarşısında güclənməsinə kömək etməyə çağırıb

Gunaz.tv

GünAz TV: Brüsseldə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Mark Esper rəsmi Vaşinqtonun müttəfiqlərini Səudiyyə Ərəbistanı, eləcə də digər region ölkələrinin İranın təhdidləri qarşısında müdafiə qüdrətlərinin artırılmasına kömək etməyə çağırıb.

 

O, İranın region ölkələrinin sülh və təhlükəsizliyini təhdid etdiyini bir daha dilə gətirib. Müdafiə nazirinin sözlərinə görə, ABŞ-ın müttəfiqləri bu halı nəzərə almalı və təhdidlər qarşısında region ölkələrinin müdafiə potensialının gücləndirilməsinə istiqamətlənən təlaşlara qoşulmalıdırlar.

 

Qeyd etmək lazımdır ki, NATO-ya üzv 29 ölkənin Müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Belçikaya səfərə gedən Mark Esperin burada Türkiyənin Suriyanın şimalında keçirdiyi anti-terror əməliyyatlarından danışacağı da gözlənilir.

 

Yayılan bəzi məlumatlara görə, ABŞ-ın Müdafiə naziri öz türkiyəli həmkarı Hulusi Akarla da təkbətək görüşəcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar