SON XƏBƏRLƏR

“Maşınsazi” komandası “İstiqlal”ı Tehranda məğlub edib

2021.10.20, 07:36
“Maşınsazi” komandası “İstiqlal”ı Tehranda məğlub edib

Gunaz.tv

GünAz TV: Dekabrın 19-da Tehranın “İstiqlal” klubu Təbrizin “Maşınsazi” komandasını Azadi stadionunda qəbul edib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 16-cı həftəsində keçirilən görüş 1:2 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

“Maşınsazi” tərəfindən 34-cü dəqiqədə Məhəmməd Qadiri, 52-ci dəqiqədə isə Əhməd Zenderuh qol vurub. “İstiqlal”ın yeganə qolu isə 23-cü dəqiqədə Seyx Diyabate tərəfindən vurulub.

 

Bu qələbənin nəticəsində “Maşınsazi” 22 xalla turnir cədvəlinin 9-cü pilləsində qərarlaşıb. 29 xala malik olan “İstiqlal” isə cədvəlin 1-ci pilləsindən 3-cü pilləyə enib.

 

Xəbər verdiyimiz kimi, super liqa yarışlarının 16-cı həftəsində “Traxtur” klubu “Məscid Süleyman”ın “Neft” komandasını Təbrizin səhənd stadionunda qəbul etmişdir. Oyun 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə başa çatıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar