SON XƏBƏRLƏR

May olayları ilə bağlı hesabat hazırlanır . Anım mərasimlərində 4 min soydaşlarımıza təzyiq edilib

2021.10.20, 07:36
May olayları ilə bağlı hesabat hazırlanır . Anım mərasimlərində 4 min soydaşlarımıza təzyiq edilib

Gunaz.tv
May olayları ilə bağlı hesabat hazırlanır Anım mərasimlərində 4 min soydaşlarımıza təzyiq edilib Güney Azərbaycanda 2006-ci ildə baş vermiş may olaylarının ikinci ildöünümü mərasimlərində həbs edilən, təzyiqlərə məruz qalan soydaşlarımızla bağlı məlumatlar toplanır. Ayrı-ayrı təşkilatlardan, tələbə dərnəklərindən, ailələrdən toplanan məlumatlar ümumiləşdirilərək hesabat şəklində hüquq müdafiə qurumlarına və beynəlxalq təşkilatlara göndəriləcək. İlkin məlumatlara görə, may olaylarnının anım mərasimləri ərəfəsində və aksiyalardan sonra həbs edilən, təzyiqlərə məruz qalan, təhdid olunan, xəbərdarlıq alan, sorğu-suala cəlb edilən soydaşlarımızın say 4 minə yaxın olub ("OLAYLAR"İA) ---------------------------------------------------------------------- Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub esger_xendek2.jpg Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur Ermənistan silahlı qüvvələri iyunun 5-i saat 18:30-dan bu gün səhər saatlarına qədər Ermənistanın İcevan rayonunun Azatamut kəndi ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Qazax rayonunun Cəfərli kəndi ərazisindəki mövqelərini, həmçinin Goranboyun Tapqaraqoyunlu kəndi, Xocavəndin adsız yüksəklikləri, Füzulinin adsız yüksəklikləri və Qərvənd kəndi, eləcə də Tərtərin Qızıl Oba kəndindəki mövqelərindən ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub. İtki yoxdur. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb./ANS TV/ ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar