Mayk Pompeo: “BMT-nin İrana qarşı sanksiyaları sentyabrın 20-də avtomatik olaraq qaytarılacaq”

2020-08-28 13:27

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo regionda İsrail, Oman, Sudan, Bəhreyn və Birləşmiş Ərəb ölkələrinə səfərinin ardınca avqustun 27-də “Twitter” hesabında paylaşdığı bir statusunda BMT-nin İrana qarşı sanksiyalarının yenidən qaytarılmasından xəbər verib.

Gunaz.tv Quote | Gunaz article

 
O bildirib ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları sentyabrın 20-i gecə saatlarından başlayaraq, avtomatik olaraq yenidən qüvvəyə minəcək: “BMT Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyi qorumaq üçün üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsindən sonra, ötən həftə Amerika Birləşmiş Ştatları BMT-nin İrana qarşı bütün sanksiyalarının 30 gün ərzində qaytarılması prosesinə start verdi. Bu sanksiyalar sentyabr ayının 20-də Qrinviç vaxtı ilə gecə yarısından yenidən qüvvəyə minəcək” –deyə, Mayk Pompeo bildirib.


Pompeo həmçinin məsələ ilə bağlı yaydığı ikinci tvitində BMT Təhlükəsizlik Şurasının yaydığı 2231 saylı qətnaməsinə istinad edərək deyib ki, əgər BMT Təhlükəsizlik Şurasının üzvlərindən hər hansı biri İrana qarşı sanksiyaların aradan qaldırılması prosesinin davam etdirilməsi ilə bağlı qətnamə təqdim etsə, ABŞ hökuməti ona qarşı çıxacaq.


“Yox əgər bu barədə hər hansı bir qətnamə təqdim edilməsə, İrana qarşı sanksiyalar sentyabrın 20-də yenidən qaytarılacaq. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsinin mexanizmi belədir” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”də paylaşdığı ikinci statusunda bildirib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: “Bəsic”in 2 üzvü öldürüldü

2021-05-08

gun az article

ANAMA: Füzulidə minatəmizləmə əməliyyatları davam etdirilir

2021-05-08

gun az article

Vətən müharibəsinin şəhidi Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilib

2021-05-08

gun az article

Əziz Şuşa, biz qayıtmışıq!- 29 ildən sonra qalada Azərbaycan bayrağı dalğalanır 

2021-05-08

gun az article

Azərbaycanda ictimai nəqliyyat 7 gün işləməyəcək

2021-05-08

gun az article

Vyanada İranla dünya gücləri arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb

2021-05-08

gun az article

İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

2021-05-07

gun az article

Məktəblərdə dərslər qismən bərpa olunur

2021-05-07

gun az article

Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ

2021-05-07

gun az article

Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI

2021-05-08

gun az article

ÜST Çinin “Sinopharm” peyvəndini istifadə üçün təsdiqlədi

2021-05-07

gun az article

Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

2021-05-07

gun az article

"Qarabağı unudun"-Erməni deputat xalqa çağırış etdi

2021-05-07

gun az article

Bir qrup aparıcı incəsənət xadiminə Prezident mükafatları verilib

2021-05-07

gun az article

Ərdoğan və Lukaşenko arasında telefon danışığı olub

2021-05-07

gun az article

Putinlə Netenyahu Suriyadakı vəziyyəti müzakirə etdilər

2021-05-07

gun az article

Bakıdakı bu küçəyə Polad Həşimovun adı verildi

2021-05-07

gun az article

Azərbaycanda daha 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub

2021-05-07

gun az article

Xalq şairi Musa Yaqub vəfat edib

2021-05-07

gun az article

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

2021-05-07