SON XƏBƏRLƏR

Mayk Pompeo: “Kazerunda baş verən etirazlarda 3 nəfərin öldürülməsi, İran hakimiyyətinin gerçək mahiyyətini ortaya qoydu”

2021.10.20, 07:36
Mayk Pompeo: “Kazerunda baş verən etirazlarda 3 nəfərin öldürülməsi, İran hakimiyyətinin gerçək mahiyyətini ortaya qoydu”

Gunaz.tv

GünAzTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo mayın 18-də özünün şəxsi “Twitter” səhifəsində İranın Kazerun şəhərində keçirilən dinc etirazlarda 3 aksiyaçının rejim qüvvələri tərəfindən öldürülməsinə münasibət bildirib.

 

O deyib ki, Amerika hökuməti İranın Kazerun şəhərində rejim qüvvələrinin zorakılığına məruz qalan dinc etirazçılara dəstək verir: “Kazerunda baş verən etirazlarda 3 nəfərin öldürülməsi və İnternetin kəsilməsi, İran hakimiyyətinin gerçək mahiyyətini və onun iç üzünü ortaya qoydu. Biz, qəddar İran hakimiyyətinə qarşı etirazlara qalxan iranlılara dəstək veririk”.

 

 

Xatırladaq ki, mayın 16-sı axşam saatlarından Kazerunda yeni ərazi bölgüsünün aparılmasına qarşı başlanan və gecə saatlarına qədər davam edən dinc etirazlar hüquq-mühafizə qüvvələrinin və mülki geyimli təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində qana boyanıb.

 

On minlərlə dinc etirazçının şəhərin İnqilab və Həmidi küçələrində keçirdiyi yürüş, polis və təhlükəsizlik qüvvələrinin vəhşicəsinə hücumuna məruz qalıb və polisin yürüşə iştirakçılarına odlu silahdan atəş açması nəticəsində ən azı 3 nəfər həlak olub, onlarla insan yaralanıb, 100-dən çox aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb.

 

Polis zorakılığını görən etirazçılar, rejimə qarşı şüarlar səsləndirərək, bir polis məntəqəsini və  hüquq-mühafizə qüvvələrinə məxsus bir neçə avtomobili yandırıblar.

 

Qanlı etirazların ardınca, İranın Daxili İşlər Nazirliyi mayın 17-də bəyanat yayaraq, Kazerun şəhərində yeni ərazi bölgüsünün dayandırılmasından xəbər verib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar