SON XƏBƏRLƏR

Mayk Pompeo: “Xamneyi, Yəmən xalqının çəkdiyi əziyyətlərə görə məsuliyyət daşımalı, cavabdeh olmalıdır”

2021.10.20, 07:36
Mayk Pompeo: “Xamneyi, Yəmən xalqının çəkdiyi əziyyətlərə görə məsuliyyət daşımalı, cavabdeh olmalıdır”

Gunaz.tv

 GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo iyunun 28-də şəxsi “Twitter” səhifəsində yaydığı bir neçə postda, İranın husi şiə yaraqlılarını silahlandırmasından və bununla da Yəmən xalqını dərin insani böhranlarla üz-üzə qoymasından danışıb.

 

Pompeo bildirib ki, İran, husilərə verdiyi maddi və hərbi dəstəyi ilə Yəməndə yaranmış böyük insani faciə və böhrana görə məsuliyyət daşımalı, İranın dini lideri axund Əli Xamneyi isə Yəməndə yürütdüyü müdaxiləçi siyasətinə görə cavabdeh olmalıdır: “İranın Yəməndə husilərə dəstəyi, nəinki onların Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı hücumuna imkan yaradır, hətta hazırda Yəməndə yaşanan böhranın və baş verən insani faciənin daha da dərinləşməsinə səbəb olur.

 

Məhz buna görə də, hesab edirəm ki, Yəməndə yaşanan böhranın əsas məsuliyyəti İran lideri Xamneyinin üzərinə düşür və o, körfəzin təhlükəsizliyini və onun sabitliyini pozub Yəmən xalqının əzablarının uzadılmasına və çəkdiyi əziyyətlərə səbəb olduğuna görə cavabdeh olmalı, məsuliyyət daşımalıdır”.

 

Qeyd edək ki, Yəməndə 3 ildir davam edən savaşda, İran, Yəmənin qanuni hökumətinə qarşı döyüşən şiə yaraqlıarını dəstəkləyir, onları pul, raket və digər silahlarla təmin edərək, onların Səudiyyə Ərəbistanı şəhərlərinə hücumuna və bununla da bölgədə böyük insani faciələrin baş verməsinə imkan yaradır.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar