SON XƏBƏRLƏR

Mazandaranda hüquq-mühafizə qüvvələrinin siyasi-əqidəti bölməsinin rəisi koronavirusdan ölüb

2021.10.20, 07:36
Mazandaranda hüquq-mühafizə qüvvələrinin siyasi-əqidəti bölməsinin rəisi koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İranın Mazandaran əyaltinin yerli hüquq-mühafizə qüvvələrinin siyasi-əqidəti bölməsinin rəisi axund Seyid Əbdüləli Rzayi koronavirusdan ölüb.

 

Yayılan məlumatlara əsasən, bir neçə gün əvvəl “Covid-19” infeksiyasına yoluxan 52 yaşlı axund, martın 30-da müalicə aldığı xəstəxanada səhhətinin pisləşməsinin ardınca keçinib. Onun Mazandaranda və ya Tehranda ölməsi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 30-da mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

O deyib ki, ötən bir sutka ərzində ölkədə “Covid-19” virusuna yoluxanların sayı 41495-ə, epidemiyadan ölənlərin sayı isə 2757 nəfərə yüksəlib.

 

 

İranın tibb mərkəzlərində çalışan mənbələr isə, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar